Runi "Avro-2016"da oynayacaq?

12:32 29 Mart 2016

Zədə səbəbi ilə yaşıl meydanlardan uzaq qalan Ueyn Runinin "Avro-2016"da iştirak edib-etməməsinə aydınlıq gəlib.

 


Sportarena.az xəbər verir ki, hal-hazırda zədəli durumda olan futbolçunun aprel ayında yenidən məşqlərə başlayacağı gözlənilir. Onun mövsüm sonuna qədər formasını bərpa edəcəyi və "Avro-2016"ya qədər tam hazır olacağı bildirilir.

 


Qeyd edək ki, futbolçu İngiltərə Premyer Liqasının XXVI turunda "Sanderlend"ə qarşı keçirilmiş matçda zədələnişdi.


Digər xəbərlər

Xəbər xətti