AFFA I divizion klublarını cəzalandırdı

13:06 29 Mart 2016

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 


Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, baş tutmuş iclasda I divizionun XIX turunda keçirilmiş  matçlarda qeydə alınmış qayda pozuntularına görə müvafiq cəzalar tətbiq olunub.

 

I Divizionun XIX turunun “Turan Tovuz” – “Mil-Muğan”  matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

 

Oyunun 76-cı dəqiqəsində “Turan Tovuz” klubunun 12 №-li futbolçusu Natiq Səhrətov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.

 

I Divizionun XIX turunun “Şahdağ” – “Bakı” matçının 86-cı dəqiqəsində “Bakı” klubunun 56 №-li futbolçusu Qeyrət Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunub.

 

I Divizionun XIX turunun “Şəmkir” – “Göyəzən” matçının 86-cı dəqiqəsində “Göyəzən” klubunun 20 №-li futbolçusu Orxan Əsgərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunub.

 

I Divizionun XIX turunun MOİK – “Neftçala” matçının 82-ci dəqiqəsində MOİK klubunun 9 №-li futbolçusu Royal Nəcəfov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün  futbolçu  4 oyun cəzalanır, klub 400 manat cərimə olunub.

 

Futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.


Digər xəbərlər

Xəbər xətti