Azərbaycanın kontinental komandası "Synergy Baku"nun gənc velosipedçiləri İtaliyada keçirilən sayca 78-ci "Giro del Belvedere" yürüşündə uğurla çıxış ediblər.
Sportarena.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük yarışında iştirakçılar 166 kilometr məsafə qət ediblər.
23 yaşadək velosipedçilər arasında təşkil edilən yürüşdə Elgün Əlizadə, Ənvər Asanov, İsmayıl İlyasov, Kənan Qəhrəmanlı və Yosip Rumaçla təmsil olunan "Synergy Baku"nun əla komanda işi nəticəsiz qalmayıb. Komandamızın üzvü Yosip Rumaç 190 iştirakçı arasında üçüncü olub.