"Mançester Siti"nin futbolçusu: "Bu, son oyunum olacaq"

15:17 29 Mart 2016

"Mançester Siti" klubunun argentinalı müdafiəçisi Martin Demiçelis millidəki karyerasını bitirəcəyini açıqlayıb.

 

Sportarena.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki,  35 yaşlı futbolçu bu barədə verdiyi açıqlamada artıq millidə oynamaq gücündə olmadığını bildirib.


"Dünya Çempionatında çıxış etmək mənim fiziki göstəricilərimdən çox uzaqdır.  Artıq 35 yaşım var və mən millidə oynaya bilməyəcəyimi dərk edirəm. 

Yəqin ki, Boliviya millisi ilə qarşılaşma nənim üçün sonuncu olacaq".

 

Qeyd edək ki, 2013-cü ildən "Mançester Siti" klubunun şərəfini qoruyan müdafiəçi, çıxdığı 73 matçda 3 qol vurub. Argentina millisinin heyətinə isə 2005-ci ildə dəvət alıb. O, milli komandanın heyətində 49 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti