İngiltərə millisinin və “Arsenal”ın eks-qolkiperi Devid Simen komandasının baş məşqçisi Arsen Vengerin müdafiəsinə qalxıb.
“Mən artıq “Arsenal” ətrafındakı neqativ səs-küydən bezmişəm. Mən “Arsenal” fanatıyam və tələsik qərarlar vermək istəmirəm. Gəlin mövsümün sonuna gözləyək. Şəxsən mənim üçün Venger – parlaq məşqçidir, mən onunla 7-8 il işləmişəm və o özünü fantastik biri kimi nümayiş etdirib.
Vengeri qovmazdan öncə, baxın görün ser Aleks Fergüson olmadan “Mançester Yunayted” hansı vəziyyətdir. Mən anlayıram ki, “Arsenal” fanatlarının narazıçılığını anlayıram, mən özüm də narazıyam. Amma pozitiv qalmaq lazımdır.”
Qeyd edək ki, sona 7 tur qalmış bir oyunu ehtiyatda olan “Topçular” “Lester Siti”dən 11 xal geri qalır.