Bu ilin may ayında Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına daha bir vəsiqənin sahibi müəyyənləşib. 4-cü qrupun son oyununda Almaniyaya 0:1 hesabı ilə uduzan Hollandiya Bolqarıstanın Slovakiyaya məğlub olması ilə ikinci pillədəki yerini qoruyub və Bakıda keçiriləcək qitə birinciliyinə vəsiqə qazanıb.
Qeyd edək ki, bundan əvvəl Almaniya, Ukrayna, İngiltərə, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Portuqaliya, İsveç və Belçika, eləcə də təşkilatçı Azərbaycan milliləri sözügedən turnirdə iştirak hüququna yiyələnib.