"Formula-1" üzrə Avropa Qran-prisinin start vaxtı dəyişdirilə bilər

22:48 30 Mart 2016

Azərbaycanda yay vaxtının ləğv olunması ilə Bakıda təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran-prisinin start vaxtı dəyişdirilə bilər.

Sportarena.az "F-1.az” saytına istinadla xəbər verir ki, iki ay əvvəl yarışın start saatı kimi 18:00 qeyd olunmuşdu. Bunun Fransada baş tutacaq “Le Man” marafonunun finişi ilə üst-üstə düşməməsi üçün Bakı Qran-prisinin start vaxtı axşama doğru dəyişdirilmişdi.

Əgər “Formula-1” yarışı yerli vaxtla saat 18:00-da başlayarsa, onda günəşin batmasınadək olan müddət bir saat azalacaq. Bu isə trasın təbii işıqlandırılması üçün problemlərə səbəb ola bilər. Xüsusən də havanın yağışlı və ya buludlu olması görməni xeyli çətinləşdirə bilər.

Həmin gün günəşin batması yerli vaxtla saat 20:14-ə proqnozlaşdırılıb. Ona görə də ən optimal variant yarışın start vaxtını irəli çəkməkdir. Fransada saatlar çəkildiyi üçün “Le Man” yarışının finişi ilə problem də olmayacaq.

Reqlamentə əsasən, bu cür dəyişikliklər “Formula One Management Limited” şirkəti ilə razılaşdırılmalı və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən təsdiq olunmalıdır.


Digər xəbərlər

Xəbər xətti