Bu ilin may ayında Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına daha iki vəsiqənin sahibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, mayın 5-də start götürəcək turnirə Danimarka və Serbiya milliləri də iştirak vəsiqəsini təmin edib.
Bununla da Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək 16 millidən 12-nin adına aydınlıq gəlib. Daha öncə Ukrayna, İngiltərə, Hollandiya, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Portuqaliya, İsveç və Belçika , eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.