"Mançester Yunayted"in zədəli müdafiəçisi Lyuk Şounun nə zaman məşqlərə başlayacağı müəyyənləşib.
Sportarena.az xəbər verir ki, həkimlərin son müayinəsindən sonra futbolçunun 10 gün ərzində məşqlərə başlaya biləcəyini bildiriblər.
Futbolçunun İngiltərə çempionatının sonuna qədər forma geyinə biləcəyi və "Avro-2016"da çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, Şounun ayağı sentyabr ayında PSV ilə matçda sınməşdı. Bu zədəyə görə futbolçu cari mövsüm 40 oyunda iştirak edə bilməyib.