PSJ-nin cəzalı futbolçusu geri döndü

16:58 31 Mart 2016

PSJ-nin müdafiəçisi Serj Orye yenidən əsas heyətə qayıdıb.

 

Sportarena.az Fransa mətbuatına istinadən xəbər verir ki, futbolçuları və baş məşqçini təhqir etdiyinə görə 23 yaşlı müdafiəçi 180 min avro cərimələnmişdi və klubun ikinci heyətinə göndərilmişdi. Cəza müddətinin bitdiyinə görə futbolçu dünən əsas heyətlə birlikdə məşqlərə başlayıb. 

 

Qeyd edək ki, müdafiəçi "periscope" sosial şəbəkəsində yayımladığı videoda  baş məşqçi Loran Blanı, hücumçu Zlatan İbrahimoviçi və bir neçə komanda yoldaşını homoseksual adlandırmışdı.


Digər xəbərlər

Xəbər xətti