İngiltərənin “Arsenal” klubunun Çilili hücunçusu Aleksis Sançes doğulduğu Tokopilye şəhərində futbolla məşğul olan uşaqlar üçün iki futbol meydamçası tikdirərək, onlara hədiyyə edib
Sportarena.az The Telegraph-a istinadən xəbər verir ki futbolçu etdiyi hədiyyəni belə əsaslandırıb:
“Mən doğma şəhərində iki futbol meydançası ona görə tikdirmişəm ki, özüm uşaq olanda belə bir şey görməmişdim. İstərdim ki, indiki uşaqlar yaxşı şəraitdə məşq etsinlər. Bura balaca şəhərdir və belə bir hadisələr burada çox nadir vaxt baş verir. Mənim üçün ən əsas uşaqların sifətlərində gülüş görməkdir- məhz buna nail olmaq istəyirəm”