AFFA-nın aşağı yaş qrupundan olan komandaların arasında keçirdiyi liqalarda növbəti oyunlar keçirilib.
Sportarena.az xəbər verir ki, U-19 Liqada 18-ci tur yeni rekordla əlamətdar olub. Səfərdə “Rəvan”la qarşılaşan “Qəbələ” 13:0 hesabı ilə qalib gəlib. Rəqib ötən mövsüm bu yaş qrupu üzrə ölkə çempionu olsa da, “qırmızı-qaralar” liqada mövsümün ən böyükhesablı qələbəsini məhz komanda üzərində qazanıb. Əvvəlki rekord da məhz “Qəbələ”yə məxsus idi. Bu komanda AZAL-a 7 cavabsız qol vurmuşdu. 16 oyunda 43 xal toplayan U-19 yarışın vahid lideridir.
Səfərdə keçirdiyi son turda “Neftçi” İK İB-i 5:1 hesabı ilə məğlub edən "Qəbələ"nin U-16 komandası da eyni rekordun sahibidir. “Qırmızı-qaralar” hələ ötən tur evdə AZAL-ı 13:0 yenmişdi. U-19 kimi U-16-nın da 13 cavabsız qolla qələbəsi mövsümün rekordudur. I turda “Kəpəz”i 12:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” özünün rekordunu yeniləyib. Keçirdiyi 24 matçın hamısında qalib gələn “Qəbələ” artıq çempionluğu indidən təmin etdiyini demək olar. Bunun üçün ya "Qəbələ" növbəti turda qalib gəlməli, ya da liderə çatmaq imkanı olan “Əlincə” təxirə salınmış oyunlarından birində uduzmalıdır.