Beynəlxalq Şahmat Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Sportarena.az xəbər verir ki, aprel ayı üçün olan cədvəldə 4 azərbaycanlı qrossmeyster yer alıb.
Həmyerlilərimizdən ən yaxşı nəticə bu dəfə də Şəhriyar Məmmədyarova məxsusdu. O, hələ ki mövqeyini qoruyaraq 2750 xalla 18-ci pillədə qərarlaşıb.
Teymur Rəcəbov isə bir pillə də aşağı düşüb. O, hazırda 2726 xalla 27-cidi. Yığmamızın digər üzvləri - Arkadi Naydiçlə (2660) Eltac Səfərli (2656) də geriləyənlər sırasındadı. Onlar müvafiq olaraq, 88-ci (-20) və 96-cı (-11) yerə eniblər.