AAAF Park Yaşayış Kompleksində həyata keçirilən pilot layihə – nəğdsiz, elektron kart vasitəsilə ödəniş sisteminin tətbiqi – uğurlu nəticə verir. Layihənin məqsədi AAAF Parkın sakin və qonaqlarının kart sistemindən istifadə edərək kompleks daxilində fəaliyyət göstərən idman klublarından, restoranlardan, mağazalardan, əyləncə mərkəzlərindən müəyyən güzəştli endirimlərlə yararlanmasını təmin etmək, nəticədə burada fəaliyyət göstərən xidmət sahələrinin hamısından nəğdsiz rahat şəkildə istifadəni reallaşdırmaqdır. Hazırda sakinlərin istifadəsinə iki cür – sadə və bronz (bürünc) kartlar təqdim edilib. Kompleksdə mənzil sahibi olan hər bir kəs sakin kartları əldə edə və bu kartların verdiyi imtiyazlardan istifadə edə bilər.
Sakin kartların pos-terminalları istirahət əyləncə mərkəzlərində, eyni zamanda restoranlar şəbəkəsinə daxil olan bəzi məkanlarda quraşdırılıb. “Limuland” Uşaq-Əyləncə Mərkəzinin bütün attraksionlarında, həmçinin idman zallarında kartlardan aktiv olaraq istifadə edilir. Nəğdsiz ödəniş sisteminə keçid AAAF Parkın mağazalarında da artıq başlayıb.
Yaxın gələcəkdə daha üç kartın – gümüş (silver), qızıl (gold) və VİP kartların istifadəyə verilməsi də planlaşdırılır.