"Sanderlend" Emmanuel Ebue ilə olan müqaviləsini ləğv edib.
Sportarena.az xəbər verir ki, buna müdafiəçinin FİFA tərəfindən cəzalandırılaraq 1 il müddətinə futboldan uzaqlaşdırılması səbəb olub.
Xatırladaq ki, futbolçu keçmiş menecerinə olan borcunu ödəmədiyi üçün FİFA tərəfindən 1 il müddətinə futboldan uzaqlaşdırılmışdı. Lakin, Ebue bu borcu 1 il ərzində ödəyəcəyi təqdirdə, FİFA cəzanı ləğv edəcəkdi.
Qeyd edək ki, E.Ebue martın 9-da "Sanderlend"lə mövsüm sonuna qədər müqavilə imzalamışdı.