"Arsenal"ın zədəli qolkiperi Petr Çex məşqlərə başlayıb.
Sportarena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arsen Venger açıqlamasında bildirib. Vengerin sözlərinə görə Çex artıq zədəsini sağaldıb və bu gündən etibarən məşqlərə başlayıb. Lakin futbolçu "Uotford" ilə matçda forma geyinməyəcək.
Baş məşqçi komandanın digər zədəliləri haqqında məlumat verib. O, bildirib ki, zədə səbəbi ilə heyətdən uzaq düşən Cek Uilşer və Tomas Rosiçki artıq məşqləri tam bərpa edib və heyətlə birlikdə çalışır.
Qeyd edək ki, "Arsenal" növbəti oyununu sabah doğma meydanda "Uotford" klubuna qarşı keçirəcək.