Məhbuslar həbs olunan futbolçunu ülgüclə yaraladı

16:33 1 Aprel 2016

Bir neçə gün öncə məhkəmənin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum olunan İngiltərə millisinin sabiq üzvü Adam Conson məhbuslar tərəfindən döyülüb.

 

Sportarena.az xəbər verir ki, azyaşlı uşaqla cinsi əlaqədə olduğuna görə həbs olunan futbolçuya məhbuslar tərəfindən ülgüclə xəsarət yetirilib. Kamera yoldaşları futbolçunun üzünə və bədəninin bir neçə nahiyyəsini ülgüclə yaralayıb.


Qeyd edək ki, futbolçunun son komandası İngiltərənin "Sanderlend" klubu olub.


Digər xəbərlər

Xəbər xətti