"Çelsi"nin keçmiş baş məşqçisi Joze Mourinyo mayın əvvəllərinə qədər yeni komandasını seçəcək.
Sportarena.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, Mourinyo "Mançester Yunayted"də işləməy istəyir, lakin özü birinci cəhdi etməyəcək.
Məlumata görə Mourinyo digər klubların təkliflərini də nəzərdən keçirir. Buna baxmayaraq portuqaliyalı mütəxəssis "Mançester Yunayted"dən təklif gözlədiyinə görə heç bir klubula danışıqlara başlamayıb.