Voleybol üzrə "Qalatasaray" klubunun prezidenti Dursun Özbək Rusiyaya buraxılmayıb.
Sportarena.az xəbər verir ki, CEV kubokunun final mərhələsi üçün Rusiyanın Krasnodar şəhərinə getməli olan "Qalatasaray" klubu ciddi problemlə üzləşib. Belə ki, Rusiya tərəfi "Qalatasaray"a limit tətbiq edib.
Əvvəl "Qalatasaray" 30 nəfərə viza verilməsi üçün müraciət edib. Lakin həmin siyahıda klubun prezidenti D.Özbəkin adı olmayıb. Sonradan isə "Qalatasaray"ın prezidenti və klub rəsmiləri də həlledici oyunu canlı izləmək istəyinə düşsə də ruslar yeni viza açmayıblar.