İtaliya millisinin müdafiəçisi Corcio Kyellini gələcək karyerası haqda danışıb.
31 yaşlı futbolçu "DÇ-2018"dən sonra yığmadakı karyerasını başa vuracağını bildirib:
"İtaliya son iki Avropa çempionatında uğurlu çıxış edib. Bu çempionatların birində finalda, digərində isə 1/4 finalda İspaniyaya penaltilər seriyasında məğlub olduq.
Ancaq dünya çempionatındakı son çıxışımız uğursuz alınıb. Yenidən mundialda oynamaq arzusundayam. Yığmadakı karyeramı major notlarla bitirmək istəyirəm. Düzdür, "DÇ-2018"in final mərhələsinə vəsiqə qazanmaq çətin olacaq. Bizi seçmə mərhələdə çətin oyunlar gözləyir".