"Aston Villa" klubunun futbolçusu Qabriel Aqbanlaxor qəlyan çəkməkdə şübhəli bilinərək komandadan kənarlaşdırılıb.
KİV-də forvardın Dubayda istirahət zamanı qəlyanla şəkli yayılmışdı.Birmingem təmsilçisi müvəqqəti olaraq forvardın komandadan uzaqlaşdırdığını bəyan edib.
Aqbanlaxor İPL-də İngiltərə çempionatının "Çelsi" ilə yaxındakı oyununu buraxacaq.
Xatırladaq ki, "Aston Villa" son pillədə qərarlaşıb.