İngiltərənin “Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Ser Aleks Fergüsson “Sky Sport”a verdiyi açıqlamada bildirib ki, “Gələn mövsümdən etibarən “Mançester Siti”ni çalışdıracaq Pep Qvardiolanın işi çətindir. Əvvəlki komandalarında qazandığı nailiyyətlərinə burada əsla nail ola bilməz. Çünki bura Premyer Liqadır, burada səviyyə çox yüksəkdir”
Bundan əlavə Fergüsson bu mövsümün sürpriz komandası “Lester Siti” haqqında da “Onları təbrik edirəm. Hazırda ən yaxşı komanda “Lester”dir və çempionluq sonuna qədər haqqlarıdır” söyləyib.