Zlatan İbrahimoviçin meneceri Mino Railo ulduz futbolçunun gələcək karyerası ilə bağlı İtaliyanın “La Gazetta dello Sport” qəzetinə açıqlama verib. Fransanın “PSJ” klubu ilə bu mövsümün sonunda müqaviləsi başa çatan Zlaratan İbrahimoviç üçün bir çox klub hərəkətə keçib.
Railo : “İbrahimoviç 34 yaşında olmasına baxmayaraq hər il daha da cavanlaşır. Ən az 5 il də bundan sonra futbol oynaya bilər. İtaliyadan tutmuş Çinə qədər hamı onu öz klubundan görmək istəyir. Pep Quardiolanın komandası “Mançester Siti” istisna olmaqla bütün ingilis klubları onu istəyir. Zlatanın qərarının isə mövsümün sonunda görəcəyik”