"Arsenal"ın yarımmüdafiəçisi Santi Kasorla diz zədəsini sağaltmaqda davam edir.
Sportarena.az xəbər verir ki, futbolçu noyabr ayında aldığı zədədən hələ də əziyyət çəkir.
Arsen Vengerin məlumatına görə ispan futbolçu mövsümün sonuna qədər sıraya dönə biləcək.
"Artıq qaçış hərəkətlərinə başlayıb. 3-4 həftəlik məşqlərdən sonra oynaya biləcək" – deyə Venger qeyd edib.