Murad Məmmədov futzal üzrə UEFA kubokunun final mərhələsinin oyunlarında hakim-inspektor vəzifəsini icra edəcək.
Sportarena.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim-inspektor M.Məmmədov UEFA tərəfindən yeni təyinat alıb. Belə ki, M.Məmmədov 22 apreldə keçiriləcək yarımfinal qarşılaşmalarının hakim-inspektor vəzifəsini icra edəcək.
3-cü yer uğrunda oyun və final qarşılaşması aprelin 24-də təşkil olunacaq.
Qeyd edək ki, turinirin final mərhələsinə İspaniyanın Qvadalaxara şəhəri ev sahibliyi edəcək.
22 aprel
“Uqra” (Rusiya) – “Benfika” (Portuqaliya)
“Peskara” (İtaliya) – “İnter” (İspaniya)