Türkiyədə cüdo üzrə Qran-Pri yarışı davam edir.
Sportarena.az xəbər verir ki, Samsun Qran-Prisinin ikinci günündə millimizin iki üzvü tatami üzərinə çıxıb.
73 kq çəki dərəcəsində çıxış edən Fəqan Quluzadə ilk qarşılaşmasında ukraynalı Serqey Drebota qalib gəlib. Lakin Quluzadə ikinci görüşündə tatami sahibi Həsən Valıoğluna uduzaraq çıxışını yekunlaşdırıb.
81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ziya Namazov da yarışa Hindistan cüdoçusu Karanjit Maanı məğlub edərək başlayıb. Lakin Namazov da növbəti görüşündə uduzub. O, bolqarıstanlı İvaylo İvanova məğlub olub.
Qeyd edək ki, Samsun Qran-Prisində milli komandamızın aktivində İlqar Müşkiyevin (60 kq) qazandığı bürünc medal var.