Almaniya Bundesliqasında XXIX turun növbəti oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, bu gün keçirilən matçda Bundesliqanın vahid lideri "Bavariya" klubu doğma meydanda "Ayntraxt"ı qəbul edib. Matçın favoriti sayılan "Bavariya" rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
Matçın yeganə qolunu oyunun 20-ci dəqiqəsində Frank Riberi vurub.
Bu qələbə ilə xalını 72-ə yüksəldən "Bavariya" liderliyini qoruyub.
Qeyd edək ki, "Bavariya"nın ən yaxın rəqibi olan "Borussiya" klubu bu gün doğma meydanda "Verder"i qəbul edəcək.