Lui van Qal : "Şvaynştayger "Avro-2016"nı buraxa bilər"

21:29 2 Aprel 2016

"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal komandanın zədəli futbolçusu Bastian Şvaynştaygerin son durumu haqda məlumat verib.

O, Almaniya millisinin oyunçusunun "Avro-2016"nı buraxa biləcəyini deyib:

"Bastianın zədəsi ciddidir. Müayinələr onun "Avro-2016"ya kimi sağalmayacağını göstərir. Ümid edirəm ki, o, sözügedən turnirə kimi zədəsini sağaldacaq, amma bu, çətin olacaq".


Digər xəbərlər

Xəbər xətti