Bu ilin may ayında Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına daha iki vəsiqənin sahibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, İspaniya və Şotlandiya milliləri mayın 5-də start götürəcək yarışda iştirak hüququ qazanıb.
Komanda elit-raundun 6-cı qrupunda Yunanıstanın ardından İslandiyanı da məğlub edib. Bununla da 2 turdan sonra 6 xal toplayan Fransa ən yaxın izləyicisi Avstriyanı 4 xal geridə qoyub və son turun nəticəsində asılı olmayaraq, qrup liderliyini təmin edib.
Qeyd edək ki, artıq 16 iştirakçıdan 15-i məlumdur. Bundan əvvəl Danimarka, Serbiya, Ukrayna, İngiltərə, Hollandiya, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Portuqaliya, İsveç, Fransa və Belçika , eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.