Cüdoçularımız Türkiyədən 2 medalla qayıdır

22:26 3 Aprel 2016

Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-Pri yarışına yekun vurulub. 

 

Sportarena.az xəbər verir ki, yarışın son günü milli komandamız üçün uğurlu olub. Belə ki, millimiz aktivinə daha bir medalı yazdırıb.

 

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev finala gedən yolda gürcüstanlı Uşanqi Marqiani, hindistanlı Avtar Sinq və polşalı Patrik Çexomskini məğlub edib. Yarımfinalda Brazliya təmsilçisi Tyaqo Kamilo üzərində qalib gələrək adını finala yazdırıb. Həlledici görüşdə Rusiya cüdoçusu Husen Halmurzayevə uduzan Mehdiyev Qran-Prinin gümüş medalını qazanıb.

 

Digər cüdoçularımız – Ramin Qurbanov (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizəni erkən dayandırıblar.

 

Bununla da, cüdoçularımız Türkiyə Qran-Prisini Məmmədəli Mehdiyev (90 kq, gümüş) və İlqar Müşkiyevin ( 60 kq, bürünc) qazandığı 2 medalla başa vurub.


Digər xəbərlər

Xəbər xətti