"Latsio" azarkeşləri "Roma" ilə matçda aldıqları məğlubiyyətdən (1:4) sonra klublarının bazasının qarşısında aksiya keçirib.
Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, təxminən 400 azarkeş matçdan sonra klubun təlim-məşq bazasının qarşısına toplaşıb, futbolçuları gətirən avtobusu gözləyiblər. Avtobus gəldikdə azarkeşlər onu daşa tutub.
Polislərin müdaxiləsi ilə azarkeşlər sakitləşdirilib. Azakeşləri sakitləşdirən polislərdən biri döyülərək yaralanıb.
İnsident zamanı 15 nəfər azarkeş həbs olunub.