Kikboksinq üzrə Dünya və Avropa çempionu, həmçinin Sərhədçi Olimpiya Mərkəzinin baş məşqçisi Fuad Zeynalov cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar şəxsi "facebook" hesabında foto paylaşıb.
Sportarena.az xəbər verir ki, çempion "facebook" hesabında şəkilini paylaşaraq "Hər an Ali Baş Komandanın əmrini gözləyirik" deyə yazı yazaraq, döyüşə hazır olduğunu bildirib.