"Çelsi"nin yeni baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu vəzifə İtaliya millsinin hazırkı baş məşqçisi Antonio Konteyə həvalə olunub.
Bu barədə açıqlama verən təcrübəli baş məşqçi bunları deyib:
"İtaliya millisini çalışdırdığım üçün qürur duyuram. Millidən yalnız "Çelsi" kimi klubdan təklif gələcəyi halda, ayrıla bilərdim. London klubunda işləyəcəyim üçün həyəcanlanıram".
Qeyd edək ki, baş məşqçi çelsi klubu ilə 3 illik müqavilə imzalayıb.