Qurban Qurbanov: "Əmr gəldiyi zaman hər birimiz vətən üçün döyüşməyə hazırıq"

19:30 4 Aprel 2016

Aprelin 2-sindən etibarən cəbhə bölgəsində erməni təcavüzkarlar tərəfindən Azərbaycan tərəfinə edilmiş hərbi müdaxiləyə Azərbaycan ordusu tərəfindən əks-həmləylə cavab verilmişdir. 2 gün gedən döyüşlər zamanı Azərbaycan  ordusu 200-dən çox düşməni məhv etmiş, bir sıra hərbi texnikasını sıradan çıxarmışdır. Gedən döyüşlər zamanı 15 Azərbaycan hərbçisi şəhid olmuşdur. 

 

Sportarena.az "Qarabağ" klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı toqquşmalarla bağlı açıqlama verib.: 
"Bir neçə gün ərzində cəbhə bölgəsində torpaqlarımızın işğalçılardan azad olunmasıyla bağlı xəbərlər gəlməkdədir. Azərbaycan ordusunun cəbhədəki uğurları hər birimizi sevindirir. Döyüşlər zamanı 15 əsgərimizin  şəhid olması üzücüdür. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Hər bir şəhidimiz bizim üçün əzizdi. Amma inanıram ki, vətən uğrunda axıdılan qanlar boşuna deyil. Bugün ön cəbhədə döyüşən əsgərlərimizlə yanaşı arxa cəbhədə də hər kəs öz üzərinə düşəni etməlidir.Bugün biz burda cəbhədən uzaq olsaq da hər birimizin fikri, duası əsgərlərimizlədir. Hər kəs öz işini müvəffəqiyyətlə yerinə yetirməyə çalışsa dövlətimizə, əsgərlərimizə yardım etmiş olarıq. Allaha şükür olsun ki, hazırda güclü dövlətimiz, ordumuz var. Amma ölkəmizin prezidenti,ali  baş komandan İlham Əliyevin bir əmri yetər ki, əli silahlı topraqlarımızın müdafiəsinə yollanaq. O, əmr gəldiyi zaman hər birimiz vətən üçün döyüşməyə hazırıq." 


Digər xəbərlər

Xəbər xətti