Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki son günlər Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində qəhrəmanlıqla şəhid olan 15 Azərbaycan əsgərinin ölümündən böyük üzüntü duyduğunu bildirib.
Sportarena.az-ın AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, o, özünün və ailəsinin adından şahid ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.