Novak Cokoviçdən birdən-birə 2 rekord

00:07 5 Aprel 2016

Dünyanın 1 nömrəli tennisçisi serb Novak Cokoviç Mayamidəki turnirdə Kei Nisikorini (6:3, 6:3) məğlub etməklə 28-ci Masters titulunu qazanıb. Beləliklə də serb Rafael Nadalı keçərək 1-ci pilləyə yüksəlib. Bundan başqa Cokoviç karyera boyu qazanılan pullara görə də Rodger Federeri keçərək liderliyə yüksəlib. Hazırda Novakın qazandığı mükafatın cəmi 98,2 milyon dollardır.

Əlavə edək ki, serb tennisçi Andre Aqassidən sonra Mayami Masters turnirini ardıcıl 3-cü dəfə qazanan ilk idmançı olub. Bundan başqa Cokoviç  Açıq erada 7 müxtəlif turniri ardıcıl 3 dəfə qazanan yeganə tennisçidir. Serbiyalı idmançı Mayamidən əlavə İndian Uels , Dubay, Pekin , Paris , Australian Open və АТР-nin yekun yarışını qazanıb. Ümumilikdə isə Cokoviçin Mayamidə 6 kuboku var.


Digər xəbərlər

Xəbər xətti