"Napoli"nin futbolçusu Qonsalo İquain 4 oyunluq cəza alıb.
Sportarena.az xəbər verir ki, buna futbolçunun "Udineze" ilə oyundakı hərəkətinə görə səbəb olub. O, 2-ci sarı vərəqəni alaraq meydandan qovulduğdan sonra hakim Massimiliano İrratini itələyib və ona söyüşlər yağdırıb.
"Napoli"nin baş məşqçisi Maurisio Sarri isə 1 oyun cəzalanıb.