"Mançester Yunayted"in zədəli futbolçusu Lyuk Şou məşqlərə başlayıb.
Sportarena.az xəbər verir ki, sentyabr ayında ayağı ikiqat sınan futbolçu dünən yüngül məşqlər etməyə başlayıb. Lakin futbolçu bu məşqləri hələ ki, fizyoterapist nəzarəti altında həyata keçirir.
Qeyd edək ki, futbolçunun meydana nə zaman geri dönəcəyi isə dəqiq bilinmir.