Böyüklərdən ibarət yığma komandamız bu gün Almaniyaya səfər edəcək.
Sportarena.az xəbər verir ki, səfərin məqsədi Bonn şəhərində 7-10 aprel tarixlərində keçiriləcək dünya taekvondo federasiyasının prezident kubokudur. G2 kateqoriyalı “World Taekwondo Presidents Cup”-da millimiz tam heyətlə təmsil olunacaq.
Bu yarışda kişilərədən ibarət yığma komandamızın baş məşqçisi Reza Mehmandoust, Avropa çempionatı öncəsi yetirmələrindən 54 kq çəki dərəcəsində Məcid Sofiyev,Zəlimxan Rəsulov ,Məmmədalı Quliyev (hər ikisi -58 kq),Məhəmməd Məmmədov,Sina Bahrami (hər ikis -63 kq),Ayxan Tağızadə,Fariz Əliyev (hər ikis-68 kq),Səid Quliyev,Xəyyam Nağıyev ,Namaz Heydərov (hər üçü -74 kq),Milad Beigi Hərçəqani (-80 kq),Ramin Əzizov,Payam Gobadi Oğuzxan (hər ikis -87 kq),Radik İsaev (+87 kq) ölkəmizi təmsil edəcək.
“Qəbələ” idman klubunun yetirməsi Əli Məmmədov 59-kq çəki dərəcəsində klub adına medallar uğrunda mübarizəyə qatılacaq.
Qadın taekvondoçuların baş məşqçisi Sun Mi Park isə Türkan Tahirli (-46 kq),İlayde Kardelen Ciftci (-49 kq),Patimat Abakarov (-53 kq),Gülhanım Yeşildal (-57 kq),Zeyvi Kərimova (-53 kq),Fəridə Əzizovaya (-67 kq) şans verəcək.
Nəzərinizə çatdıraq ki,ilk pilləyə sahib olan idmançı aktivinə 20 xal əlavə etmiş olacaq.
Komandamız 11 apreldə vətənə dönəcək.