Bu gün İrlandiya 19 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının elit raundununun 5-ci qrupunda mübarizəyə start verilir.
Sportarena.az xəbər verir ki, 19 yaşlı qızlardan ibarət milli komandamız bu gün ilk matçına çıxır. Yığmamızın rəqibi Polşa millisi olacaq.
Matç Bakı vaxtı ilə 17:00-da start götürəcək.
Qeyd edək ki, qrupun digər matçı isə Almaniya ilə İrlandiya arasında keçiriləcək.