Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda I divizionun XX turunda baş tutan qarşılaşmalarda yol verilmiş qayda pozuntularına müvafiq cəzalar tətbiq olunub.
I Divizionun XX turunun “Mil-Muğan” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
I Divizionun XX turunun “Bakılı” – MOİK matçının 77-ci dəqiqəsində “Bakılı” klubunun 17 №-li futbolçusu Rasim Daşdəmirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunub.
I Divizionun XX turunun “Şərurspor” – “Turan Tovuz” matçında “Şərurspor” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.