"Tottenhem"in futbolçusu Harri Keyn yeni rekorda imza atıb.
Sportarena.az xəbər verir ki, İngiltərə Premyer Liqasında "Liverpul"a qarşı matçda (1:1) fərqlənərək mövsüm ərzində vurduğu qolların sayını 22-ə yüksəldib. Bununla da o, klub tarixində bir mövsüm ərzində ən çox qol vuran futbolçu olub.
Qeyd edək ki, bundan əlavə hazırda Premyer Liqanın bombardiri olan H.Keyn, ardıcıl 2 mövsüm 20-dən çox qol vurmağı bacaran 5-ci ingilis futbolçudan biri olub.