PSJ-nin futbolçusu: "Bu hadisə məni sındırmadı"

16:18 5 Aprel 2016

Baş məşqçi və bir neçə futbolçunu təhqir edən PSJ-nin müdafiəçisi Serj Orye fevral ayında yaşanan qalmaqala yenidən fikir bildirib.

 

Sportarena.az xəbər verir ki, müdafiəçi açıqlamasında, bu müddət ərzində ona dəstək olan insanlara təşəkkürünü bildirib:

"Bu çətin müddət ərzində mənə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Sudan millisi ilə maçdan öncə insanlar sosial şəbəkələrdə mənə dəstəyini göstərdilər və bu məndə çox böyük ruh yüksəkliyi yaratdı. Həyat eniş-yoxuşdan ibarətdir. Mənim həyatımda baş verən bu qara səhifə artıq bağlandı. Bu hadisə məni sındırmadı. Komandamdan da inciməmişəm. Hər şey yaxşı olacaq", - deyə Orye qeyd edib.


Qeyd edək ki, Loran Blan, Zlatan İbrahimoviç və digər bir neçə futbolçunu sosial şəbəkədə homoseksual adlandıran futbolçu klub tərəfindən sərt cəzalanmışdı. O, 2 ay müddətinə komandanın 2-ci heyətinə göndərilmiş və 180 min avro cəzalandırılmışdı.


Digər xəbərlər

Xəbər xətti