"Çelsi"nin qapıçısı Tibo Kurtua mövsümün sonunda komandadan ayrıla bilər.
Sportarena.az xəbər verir ki, klub futbolçuya 60 milyon avro qiymət qoyub.
Hal-hazırda "Real" və "Barselona" qolkiper ilə yaxından maraqlanır.
Qeyd edək ki, cari mövsüm Premyer Liqada 20 matça çıxan Kurtua qapısında 23 top görüb.