Sabah Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ ilə qarşılaşacaq "Mançester Siti" ciddi itkilərlə üzləşib.
Sportarena.az xəbər verir ki, Rahim Sterlinq və Vensan Kompanidən sonra Yaya Ture də "Mançester Siti"nin zədəlilər siyahısına əlavə olunub.
Turenin "Mançester Siti"də oynamayacağı dəqiq bilinsə də, digər iki futbolçunun bu matçda meydana çıxıb-çıxmayacağı hələ dəqiq bilinmir.