Bu gün startı verilən Azərbaycan Super Liqasında final mərhələsinin oyunları bir dəqiqəlik sükutla başlanıb. 3-cü yer uğrunda "Azəryol"la "Lokomotiv" komandaları meydana pankartlar və hərbi geyimdə çıxıblar.
Bu zaman "Lokomotiv" voleybolçularının hərbi geyimdə olmaları diqqət çəkib. Onların əlində "Nagorno Karababagh belongs Azerbaijan" ("Dağlıq Qarabağ Azərbaycanındır") pankartı olub. "Azəryol"un voleybolçuları kiçik bayraqlarla və "Biz ordumuzla fəxr edirik" yazılmış parkartlarla olub. Komandanın məşqçilər heyəti hərbi formada meydana çıxıb. Qarşılaşmadan öncə 1 dəqiqəlik sükut elan olunub və Azərbaycanın dövlət himni səsləndilrilib.