"Real"a "Volsburq" şoku, Fransada bərabərlik - YENİLƏNİB

00:37 7 Aprel 2016

Bu gün Çempionlar Liqasının ¼ final mərhələsinin növbəti oyunları keçiriləcək.


Sportarena.az xəbər verir ki, bu gün 2 qarşılaşma baş tutacaq.

Çempionlar Liqasının ¼ final mərhələsinə ilk dəfə yüksələn “Mançester Siti” bu gün səfərdə Fransa nəhəngi PSJ ilə qarşılaşacaq.  

Günün digər qarşılaşması isə “Real” Almaniyada “Volfsburq”un qonağı olacaq. Çempionlar Liqasında inamla addımlayan Almaniya klubu bu uğurlu seriyanı davam etdirmək niyyətindədir. Lakin, İspaniya nəhəngi də ilk oyunda qələbə qazanıb, növbəti tura yüksəlmək üçün işini asanlaşdırmaq istəyir.

 

Qeyd edək ki, baş tutacaq hər qarşılaşma Bakı vaxtı ilə saat 22:45 də start götürəcək.

6 aprel

Çempionlar Liqası, 1/4 finalın ilk oyunları 
 

22:45. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) 2:2

22:45. "Volfsburq" (Almaniya) - "Real" (Madrid, İspaniya) 2:0

 


Digər xəbərlər

Xəbər xətti