Yeni mövsümdən "Çelsi"nin baş məşqçisi olacaq Antonio Konte həbs oluna bilər.
Sportarena.az xəbər verir ki, bu məsələni Kremona prokuroru Roberto Di Martino qaldırıb.
Buna səbəb onun 2011-ci ildə "Siena"nın baş məşqçisi olarkən futbolçularının "Albinoleffe" ilə matçda nəticəni əvvəlcədən müəyyənləşdirməsini bilib, xəbər verməməsidir.
Prokurorluq baş məşqçiyə 6 ay həbs və 8 min avro cərimə olunmasını tələb edib.
Bu barədə yekun qərarın isə may ayında veriləcəyi gözlənilir.
Qeyd edək ki, hal-hazırda İtaliya millisinin baş məşqçisi olan Antonio Konte, yayda "Çelsi" klubunu çalışdıracaq.