"Lester"nin futbolçularının adları şəhərin küçələrinə verilə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə şəhərin meri məlumat verib. Onun sözlərinə görə "Lester" klubu cari mövsüm İngiltərə Premyer Liqasında çempion olacaqsa şəhərin küçələrinə komandanın futbolçularının adı veriləcək.
Şəhər meri bu addım atmaqda məqsədinin futbolçuları çempionluğa daha çox kökləmək istədiyini bildirib.
Qeyd edək ki, Premyer Liqada mövsümün sonuna 6 tur qalmış turnir cədvəlinə başçılıq edən "Lester Siti" ən yaxın izləyicisi "Tottenhem"i 7 xal qabaqlayır.