"Roma"nın yarımmüdafiəçisi Miralem Pyaniç Londona yola düşüb.
Sportarena.az xəbər verir ki, 26 yaşlı xavbek "Çelsi"yə transferilə bağlı danışıqlara yollanıb.
Keçidin başqa detalları ilə bağlı hələlik məlumat verilmir. Ancaq transferin 31 milyon avroya başa gələcəyi bildirilir.
Qeyd edək ki, Pyaniç bu mövsüm Seriya A-da 28 oyun keçirib, 9 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.